Sənədçi
Sənəd tərtibatı
Faktları sadə dillə yazırsınız, Sənədçi sənədi rəsmi struktura uyğun hazırlayır. Çatışmayan məlumatı əvvəlcə sizdən soruşur.
İmza bloku peşənizə uyğun, Word formatında sənəd layihəsi
Azərbaycanın bütün qanunvericilik korpusu və məhkəmə təcrübəsi üzərində qurulmuş, Azərbaycanda işləyən yerli süni intellekt. Bilik bazası hər gün yenilənir.
§ 1 · Problem
Maddənin bu gün hansı redaksiyada qüvvədə olduğunu yoxlamaq ayrıca iş tələb edir.
Eyni struktur, eyni rekvizitlər, hər dəfə yenidən.
Ümumi süni intellekt alətləri inamla cavab verir, amma maddəni göstərmir, bəzən isə mövcud olmayan maddəni uydurur.
§ 2 · e-Katib
e-Katib yeddi roldan ibarətdir. Hər rol bir iş növünə cavabdehdir, nəticəni siz yoxlayır və təsdiqləyirsiniz.
Sənəd tərtibatı
Faktları sadə dillə yazırsınız, Sənədçi sənədi rəsmi struktura uyğun hazırlayır. Çatışmayan məlumatı əvvəlcə sizdən soruşur.
İmza bloku peşənizə uyğun, Word formatında sənəd layihəsi
Müqavilə təhlili
Müqaviləni bənd-bənd oxuyur, riskli və qanunvericiliyə uyğun olmayan müddəaları ayırır.
Risk qiymətləndirməsi, istinadlı uyğunluq rəyi və tövsiyələr. Müqavilənin özü serverdə saxlanmır
Dərin araşdırma
Sualınızı qanunvericilik və məhkəmə təcrübəsi üzrə araşdırır. Maddənin dəyişiklik tarixçəsini və ona istinad edən Plenum və Konstitusiya Məhkəməsi qərarlarını göstərir.
Qısa cavab, əsaslandırma və kliklənən maddə istinadları
Hüquqi məqalə
Seçdiyiniz mövzuda məqalə yazır. Hər iddianı mənbəyə bağlayır, mənbə ilə təsdiqlənməyən cümləni düzəldir və ya çıxarır.
Nömrəli istinadlı və istinad siyahılı məqalə layihəsi
Hüquqi xəbərlər
Qanunvericilik yeniliklərini və hüquq dünyasındakı xəbərləri izləyir.
Mənbəli qısa icmallar
Anonimləşdirmə
Mətndəki ad, ünvan, FİN, VÖEN və digər şəxsi məlumatları tanıyıb gizlədir, maddə istinadlarına toxunmur.
Şəxsi məlumatları çıxarılmış nüsxə
Sorğu və arayış
Gündəlik hüquqi suallara qısa cavab verir, vəkil axtarır, vəzifəli şəxslərin təyinatlarını göstərir.
Həmişə mənbəsi göstərilmiş cavab
Sənədin fotosunu və ya skanını yükləyin, mətn avtomatik tanınır.
Faktları yazmaq əvəzinə danışın, nitqiniz mətnə çevrilir.
YerliHər ikisi yerli əsasda işləyir: şəkil və səs öz serverlərimizdə emal olunur, ölkə hüdudlarından kənara çıxmır.
§ 3 · Etibar
01 Bilik bazası
Qanunvericilikdəki dəyişikliklər bilik bazasına hər gün əlavə olunur. Cavab həmişə maddənin qüvvədə olan redaksiyasına əsaslanır.
02 Ərazi
Süni intellekt də daxil olmaqla bütün xidmətlər Azərbaycandakı öz serverlərimizdə işləyir. Sənədləriniz, iş materiallarınız və sorğularınız ölkə hüdudlarından kənara çıxmır. Bəzi xidmətlərdə xarici modeli yalnız siz özünüz, xəbərdarlıqla tanış olduqdan sonra seçə bilərsiniz.
03 Mənbə
Cavabın yanında maddə, mənbə və maddənin son dəyişiklik tarixi göstərilir. Sistem hər maddə istinadını mənbə ilə yoxlayır, tapılmayan istinadı cavaba buraxmır.
04 Məxfiçi
Şəxsi məlumatları gizlədən model Azərbaycan dili üçün öyrədilib və öz serverlərimizdə işləyir.
05 Seyf
İşlər, tərəflər və sənədlər şifrələnmiş şəkildə saxlanılır və PIN kodla açılır. Vaxt bitəndə Seyf özü bağlanır.
06 İzolyasiya
Bir istifadəçinin məlumatları heç vaxt başqasına göstərilmir və başqasının məlumatları ilə qarışdırılmır. Müdafiə və istintaq tərəfləri eyni sistemdən istifadə etsə də, bir-birinin işini görmür.
e-Katib · Araşdırmaçı
Mülkiyyət hüququnun məzmunu nədir və Konstitusiya Məhkəməsi mülkiyyət hüququnun məhdudlaşdırılmasını necə şərh edib?

Cavab mətni dəyişdirilməyib, ekran görüntüsü yalnız kəsilib. e-Katib-də rəqəmli nişanlar cavabın yanındakı mənbə kartlarını açır.
Faktları, sənədi və ya sualı yazın. İstəsəniz Məxfiçi əvvəlcə şəxsi məlumatları gizlədir.
Uyğun rol qanunvericilik və məhkəmə təcrübəsi üzrə axtarır və hər müddəanı mənbəyə bağlayır.
İstinadları açıb mənbə ilə tutuşdurun, mətni redaktə edin.
§ 5 · Auditoriya
Vəkillər və məhkəmədə təmsilçilik edən hüquqşünaslar
Müstəntiqlər, təhqiqatçılar, əməliyyat müvəkkilləri
Şirkət hüquqşünasları və qurumların hüquq şöbələri
Hüquq araşdırmaçıları, alimlər və müəllimlər
API vasitəsilə qoşulan tərtibatçılar